Tunisdə turist avtobusu qəzaya uğrayıb: azı 50 nəfər xəsarət alıb


Dünya 04 Dek 2017 08:38:00 253 0

Tunisdə turist avtobusu qəzaya uğrayıb: azı 50 nəfər xəsarət alıb

Tunisin şimal-qərbində 56 nəfəri daşıyan turist avtobusu qəzaya uğrayıb.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, qəza nəticəsində azı 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Tunisin baş naziri Yusef Şahed daxili işlər, səhiyyə və nəqliyyat nazirlərinə xəsarət alanların müalicə üçün ehtiyacları olan hər şeylə təmin etmələrini tapşırıb.