Yaponiya sahillərində üç Şimali Koreya vətəndaşının meyiti tapılıb


Dünya 04 Dek 2017 08:24:26 236 0

Yaponiya sahillərində üç Şimali Koreya vətəndaşının meyiti tapılıb

Onların hər üçünün üzərində xilasedici jilet olub

Yaponiyanın Suruoka şəhəri sahillərində Şimali Koreya vətəndaşları olduğu ehtimal edilən üç nəfərin meyiti taplıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalına istinadən TASS məlumat yayıb.

Onların hər üçünün üzərində xilasedici jiletlər olub. Ölənlərdən birinin paltarın;n yaxas;nda KXDR-in yaradıcısı Kim İr Senin şəklini 'ks etdir'n nişan olub.

İki gün öncə eyni sahildə taxta qayıq aşkar edilib. Polis qayığın həmin adamlara məxsus olduğu fikrindədir.