"Roma" - "Qarabağ" oyunu alman hakimlər idarə edəcək


Digərləri 04 Dek 2017 04:10:47 299 0

"Roma" - "Qarabağ" oyunu alman hakimlər idarə edəcək

Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Bakı. Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb. Trend-in UEFA-ya istinadən verdiyi məlumata görə, oyunu alman hakimlər idarə edəcək. Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastian Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Gittelmann yerinə yetirəcək. Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin