İsrailli hakim: UEG-in yeni seçilmiş prezidenti avropa gimnastika cəmyətini birləşdirəcək


Digərləri 04 Dek 2017 00:10:52 223 0

İsrailli hakim: UEG-in yeni seçilmiş prezidenti avropa gimnastika cəmyətini birləşdirəcək

Avropa Gimnastika İttifaqının (UEG) yeni prezidenti Fərid Qayıbov avropa gimnastika cəmiyyətini bir araya gətirəcək

Split. Zaur Mustafayev - Avropa Gimnastika İttifaqının (UEG) yeni prezidenti Fərid Qayıbov avropa gimnastika cəmiyyətini bir araya gətirəcək. Bunu Trend-ə İsrailli 1-ci dərəcəli hakim İlan Qazit deyib. O, bildirib: "UEG-in XXVII konqresi başa çatıb və mən yeni prezident seçkilərinin nəticəsi ilə çox razıyam. Mən Fərid Qayıbova uğurlar arzulayıram". "Mənim Fərid Qayıbovun UEG-də prezidentliyi dövründən gözləntilərim Avropa idman cəmiyyətini birləşdirməkdən ibarətdir. Bu onun şansıdır, çünki o, çox yaxşı liderdir, o, bu işi bilir, özü gimnastika sahəsindəndir və və mən inanıram ki, o, insanları bir masa arxasına toplayacaq", - İ.Qazit bildirib. İlan Qazit hesab edir ki, birlik idman cəmiyyətini Tokio 2020-ci ilə qədər, hətta bəlkə də daha çox, böyük güc verərək gücləndirəcək. Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin