İlin ən səsküylü ayrılıqları FOTO


Digərləri 03 Dek 2017 23:05:00 268 0

İlin ən səsküylü ayrılıqları  FOTO

Son.az axşam.az-a istinadən yola salmağa hazırlaşdığımız ildə ayrılıqları ilə səs-küyə səbəb olan cütlükləri təqdim edir:

Cennifer Lopez və Dreyk - cütlük ötən ilin dekabrında görüşməyə başlasa da, amma bu cəmi 2 ay sürüb. Dreykdən ayrıldıqdan az sonra Cey Lo beyskolçu Aleks Rodrigezlə eşq yaşamağa başlayıb.

Selena Qomez və "Weeknd" (Abel Tesfaye) - cütlük cəmi 10 ay birlikdə olub. Ötən ayın əvvəli Abeldən ayrılan Selena keçmiş sevgilisi Castin Biberə dönüb. Tesfayenin də bir vaxtlar sevgili olduğu model Bella Hadidlə yenidən görüşdüyü deyilir. 

Müğənni Ferqi ilə aktyor həyat yoldaşı Cos Fyuamel 8 illik ailə həyatlarına sentyabrda son qoymaq qərarı alıblar. 42 yaşlı Ferqi ilə 44 yaşlı Coş 2009-cu ildə ailə qurub. Cütlüyün Aksl adlı 4 yaşlı oğlu var.

Skarlett Yohansson jurnalist həyat yoldaşı Roman Doriakdan yayda boşanıb. 32 yaşlı aktrisa az sonra yeni sevgilisi 35 yaşlı şoumen Kolin Jostla görüntülənib. 


Xəbərə aid fotolar