Netanyahu Trampın İranın nüvə proqramı üzrə sazişlə bağlı mövqeyindən razıdır


Dünya 03 Dek 2017 22:42:00 260 0

Netanyahu Trampın İranın nüvə proqramı üzrə sazişlə bağlı mövqeyindən razıdır

ABŞ prezidenti Donald Trampın İranın nüvə sazişinə dair atdığı addımlar sövdələşmənin çatışmazlıqlarını aradan qaldırmağa imkan verir. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

"Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) təxminən 10 ildən sonra İranın nüvə arsenalına malik olmasına gətirib çıxaracaq. Prezident Tramp bu sazişin nəhəng çatışmazlıqlarının aradan qaldırılması üçün imkan yaradıb. Mən hamını bu şansı reallaşdırmağa dəstək verməyə çağırıram", - deyə Binyamin Netanyahu Vaşinqtonda keçirilən konfrans zamanı təşkil olunan video bağlantıda bildirib.     Qeyd edək ki, Tramp bundan əvvəl Ağ Evin İranla bağlanan sazişin "ciddi çatışmazlıqları" üzərində çalışacağını bəyan edib. O qeyd edib ki, əgər bu səylər sazişin "yaxşılaşdırılması"na nəticə verməzsə, ABŞ sövdələşmədən tərk edəcək.