Sanki bəygəlin aparmırlar, yarış meydanındadırlar Azərbaycanda VİDEO


Digərləri 03 Dek 2017 21:48:00 287 0

Sanki bəygəlin aparmırlar, yarış meydanındadırlar  Azərbaycanda  VİDEO

Qoşa xəttin tələbini pozan kim, təhlükəli manevrlər edib digər hərəkət iştrakçılarına təhlükə yaradan kim.

Son.az bildirir ki, görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox ''vaz-2107'' markalı avtomobillərin yer aldığı ''kortej''də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlafrını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər, qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.

Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşnını bu şəkildə müşayət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunu kobud qayda pozuntusu olduğunu deyir.

Söhbət statistikadan düşmüşkən, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu ilin 10 ayı ərazində tək paytaxda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələrdə 3 nəfər ölüb,11 nəfər xəsarət alıb.