Azərbaycanda qeyriadi toy karvanı VİDEO


Digərləri 03 Dek 2017 21:34:00 279 0

Azərbaycanda qeyriadi toy karvanı  VİDEO

Toy karvanında avtomobillərlə yanaşı 10 ədəd traktor da iştirak etdi.

Son.az bildirir ki, qeyri-adi karvan Ağcabədinin Poladlı kəndində, Rabil Əliyevin toy mərasimində təşkil edilib. Toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 10 ədəd bəzədilmiş traktor da qoşulub.

Bəy və dostları tarktorçu olduğundan toy karvanına traktorları da qoşmaq qərarına gəliblər. Dostları bu şəkildə Rabil Əliyevi təəccübləndirmək istəyiblər.

Toy karvanına qoşulmaq istəyən tarktorların sayı çox olub. Lakin bəyin atası təhlükəsizlik səbəbindən karvanda 10 traktorun iştirak etməsini məsləhət görüb.