Goranboyda quyu qazıntısı zamanı qədim olduğu ehtimal edilən bəzək əşyaları tapılıb - FOTO


Dünya 03 Dek 2017 20:50:13 330 0

Goranboyda quyu qazıntısı zamanı qədim olduğu ehtimal edilən bəzək əşyaları tapılıb - FOTO

Hadisə yerli sakinlərdən birinin həyətində qeydə alınıb

Goranboyda su quyusu qazıntısı zamanı qədim bəzək əşyaları tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 1982-ci il təvəllüdlü rayon sakini Vasif Məmmədovun həyətində qeydə alınıb.

O, həyətinə quyu qazdırmaq üçün traktor gətizdirib. Qazıntı işləri zamanı aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi dərhal traktoru saxladaraq ərazini özü qazmağa başlayıb. Qazıntı zamanı quyudan qədim olduğu ehtimal edilən və çəki daşlarını xatırladan əşyalar, həmçinin mis və gümüş pullar çıxıb. Ev sahibinin dediyinə görə, həmin ərazidə belə əşyalar və dəyərli pulların çox olacağı ehtimalı var. Ərazidə ev sahibi və yaxınları tərəfindən qazıntı işi davam etdirilir.