Xızıda 136 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 03 Dek 2017 20:29:52 278 0

Xızıda 136 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 92 500 kv.m (9.25 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 3-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 136 ədəd partlamamış hərbi sursat (PHS), 317 ədəd partlamış-yanmış mərmi qalıqları və 480 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 500 kv.m (9.25 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 87 gün ərzində 20 981 ədəd partlamamış hərbi sursat (PHS), 11 210 ədəd partlamış-yanmış sursat qalıqları və 74 164 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 300 012 kv.m (7 230 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.