Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…


Digərləri 03 Dek 2017 19:39:00 351 0

Qadından qandonduran əməl: 300 körpəni öldürür, onları çaya atır…

Seriyalı qatillər tarixdə öz dəhşətli əməlləri ilə iz qoyublar. Onlardan Ameliya Dayer adlı qadın var ki, "xeyirxah niyyətlərlə" örtülərək, bir neçə yüz körpə uşağı həyatdan məhrum edib...

Onun təcrübəsi sübut edir ki, yaxşılıq adı altında bəzən qeyri-insani qəddarlıq, daşürəklilik və psixikanın açıq nasazlığı gizlənir. Və uşaqları dayəyə etibar edərkən bir daha ciddi düşünməyə əsas verir.

Son.az körpə uşaqların qatili, sonda ifşa olunaraq edam edilən Ameliya Dayer haqda oxucuları məlumatlandırır.

Ameliya Dayer - viktorian dövrünün ən amansız qatili.

Ameliya çoxuşaqlı ailədə - Bristol şəhərində doğulub. Uşaqlıqdan onun payına ağır sınaqlar düşüb - o, 4 kiçik qardaş və bacısının və ağıldan məhrum olmuş anasının qayğısına qalmağa məcbur idi.

Böyüyüb, Ameliya tibb bacısı kurslarını bitirir və kəbinsiz uşaq dünyaya gətirən qızlara kömək etməyə başlayır. Ameliya yeni doğulmuş körpələri öz himayəsinə götürməyi təklif edir, bununla da qızlara biabırçılıqdan qurtulmağa şərait yaradırdı.


Xəbərə aid fotolar