Rusiyanın altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in mövqelərinə zərbə endirib


Dünya 03 Dek 2017 19:20:31 276 0

Rusiyanın altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in mövqelərinə zərbə endirib

Hədəf yaraqlıların sursat anbarları, texnika və dayaq məntəqələri olub

Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyanın Deyr-əz-Zor əyalətinin cənub-şərqində İŞİD terror təşkilatının obyektlərinə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə dekabrın 3-də Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hədəf İŞİD yaraqlılarının sursat anbarları, texnika və dayaq məntəqələri olub.