FHN yağış suları basan evin 4 sakinini təxliyə etdi


Digərləri 03 Dek 2017 18:37:00 527 0

FHN yağış suları basan evin 4 sakinini təxliyə etdi

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.   Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.   Əməliyyat başa çatıb.