"Qarabağ" qrupu son matçı üçün Romaya yollandı


İdman 03 Dek 2017 17:52:00 318 0

"Qarabağ" qrupu son matçı üçün Romaya yollandı

Çempionlar Liqasının qrup mərhələsindəki son matçında “Roma” ilə üz-üzə gələcək “Qarabağ” İtaliyaya yola düşüb. Goal.az xəbər verir ki, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından matçın keçiriləcəyi Romaya uçublar. Komandamızı səfərə “Qarabağ” təyyarəsi aparıb. Azərbaycan çempionunun saat 16:35-də İtaliyaya paytaxtına eniş edəcəyi gözlənilir. “Roma” – “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.