"Futbolsevərlər üçün bu oyun təhqiramiz idi"


İdman 03 Dek 2017 16:35:00 351 0

"Futbolsevərlər üçün bu oyun təhqiramiz idi"

İtaliya millisinin sabiq baş məşqçisi Arriqo Sakki "Napoli" - "Juventus" (0:1) oyununda qonaqların müdafiə futbolu göstərməsindən narazı qalıb. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Turin klubu ilk 15 dəqiqə vurduğu qolunhesabına qalib gəldi. Bundan sonra onların işi ancaq müdafiədə oturmaq oldu. İspaniyada belə qələbəni heç qeyd etməzlər. Futbolun yaradıcıları uzun illərdən sonra bu qədər müdafiə variantına keçən oyuna həyat vermək istəməzdi. Futbolsevərlər üçün bu oyun təhqiramiz idi. "Juventus"un əla komanda olmaq üçün bütün imkanları var. 70 dəqiqə müdafiə olunmaq onlara yaraşmadı".