Maslyakovun KVNdən qalmaqallı gedişinin səbəbi açıqlandı


Digərləri 03 Dek 2017 16:20:00 290 0

Maslyakovun KVNdən qalmaqallı gedişinin səbəbi açıqlandı

"Planeta KVN" mərkəzinin mətbuat xidməti 76 yaşlı Aleksandr Maslyakovun işdən uzaqlaşdırılma səbəbi ilə bağlı xəbər yayıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl "Transparency International" Maslyakovun direktor vəsifəsindən pul yeyintisi olduğu üçün uzaqlaşdırıldığını yazmışdı. 

Aparıcı mərkəzin əsas yaradıcı siması və 2015-ci ildən individual sahibkarı kimi qeydiyyatdan keçib. Münaqişənin səbəbi odur ki, qanunvericilik dövlət unitar müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə vermir. Buna baxmayaraq, Aleksandr Maslyakov qanunu pozub. Deyilənə görə, o, polis axtarışından sonra binadan qovulub.