Hiquain: "Ardıcıl 7-ci çempionluq inanılmaz bir şey olardı"


İdman 03 Dek 2017 14:18:00 342 0

Hiquain: "Ardıcıl 7-ci çempionluq inanılmaz bir şey olardı"

İtaliya A Seriyasının 15-ci turunda "Napoli"nin qonağı olan "Juventus" Neapol təmsilçisinə mövsümdə ilk məğlubiyyətini yaşadıb. Matçda yeganə qolu Qozalo Hiquain rəqibin qapısından keçirib. Goal.az xəbər verir ki, matçdan sonra argentinalı hücumçu bunları deyib:

"Ardıcıl 7-ci çempionluq inanılmaz bir şey olardı. "Juventus" yenidən qalib gəlmək həvəsini qaytardı. Təəssüf ki, mövsümün birinci yarısında bundan məhrum idik. Müvəqqəti enişlər normaldır. "Napoli" üzərindəki qələbə Çempionlar Liqası oyunundan öncə əhval-ruhiyyəmizi qaldırdı. "Olympiacos"la oyunda səhv etməyə ixtiyarımız yoxdur2.