Mingəçevirdə avtomobil tərəfindən vurularaq öldürülən şəxsin kimliyi məlum olub


Sosial 03 Dek 2017 14:54:12 333 0

Mingəçevirdə avtomobil tərəfindən vurularaq öldürülən şəxsin kimliyi məlum olub

Yol qəzasında ölən 1961-ci il təvəllüdlü şəhər sakini Məcid Məmmədovdur

Mingəçevir şəhərində avtomobil tərəfindən vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, yol qəzasında dünyasını dəyişən piyada metal toplama məntəqəsində çalışan fəhlə, 1961-ci il təvəllüdlü şəhər sakini Məcid Əli oğlu Məmmədovdur.

O, Sənaye Parkı yaxınlığında yerləşən metal toplama məntəqəsində fəhlə işləyib.

Qeyd edək ki, hadisə dünən şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında baş verib. Belə ki, "Lifan" markalı avtomobil piyadanı vurub. Nəticədə o, aldığı ağır xəsarətdən ölüb.