Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər


Dünya 03 Dek 2017 14:12:00 307 0

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.