Haynkes: "Sampaoli, yəqin ki, bir neçə qədəh qırmızı şərab içib"


İdman 03 Dek 2017 12:36:00 342 0

Haynkes: "Sampaoli, yəqin ki, bir neçə qədəh qırmızı şərab içib"

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli 2018-ci il dünya çempionatının püşkatmasından sonra fikirlərini bölüşərkən Almaniyanı mundialın favoritləri sırasına daxil etməyib. Goal.az xəbər verir ki, onun fikirlərinə "Bayern Munich"in çalışdırıcısı Yupp Haynkes reaksiya verib.

"Sampaolinin nə dediyini bilirəm. O, Argentinada nə düşünürlər, onu da deyib. Messi dünyanın ən yaxşısı olsa da, heç vaxt dünya çempionu olmayıb. Həmişə demişəm ki, futbolda kollektiv oyun əsasdır. Almaniya bu baxımdan güclüdür. Jurnalistlərlə söhbətdən öncə Sampaoli, yəqin ki, bir neçə qədəh qırmızı şərab içib. Amma buna inanmaq istəməzdim. O, hər zaman işinin peşəkarı olub".