Xırdalanda "VAZ" səkiyə çırpılıb - sürücü ölüb


Digərləri 03 Dek 2017 11:12:48 276 0

Xırdalanda "VAZ" səkiyə çırpılıb - sürücü ölüb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Xırdalan şəhərində “VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin