"Barcelona"nın müdafiə xəttində ciddi itki


İdman 03 Dek 2017 10:30:00 282 0

"Barcelona"nın müdafiə xəttində ciddi itki

İspaniya Primerasının lideri "Barcelona" itki ilə üzləşib. Goal.az xəbər verir ki, komandanın fransalı müdafiəçisi Samuel Umititi zədələnib. Onun 8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. "Celta" ilə oyunun 72-ci dəqiqəsində zədələnən müdafiəçi Tomas Vermalenlə əvəzlənmişdi. Bununla da, Umititi 23 dekabrda baş tutacaq "El Clasico"da komandasına kömək edə bilməyəcək.

Bu mövsüm 24 yaşlı futbolçu La Liqada 12 oyun keçirib.