"Borussia" "qara zolaq"dan çıxa bilmir


İdman 03 Dek 2017 10:03:00 289 0

"Borussia" "qara zolaq"dan çıxa bilmir

Almaniya Bundesliqasının 14-cü turunda "Bayer Leverkusen"lə qarşılaşan "Borussia Dortmund" növbəti xal itkisi ilə üzləşib - 1:1. Goal.az xəbər verir ki, Dortmund klubu qələbəsizlik seriyasını 7 oyuna yüksəldib. Rur təmsilçisi 21 mümkün xaldan cəmi 3-nü toplayıb. "Borussia" son dəfə sentyabrın 30-da "Augsburg"u 2:1 hesabıyla məğlub edib. Bundan sonra "Leipzig"ə evdə 2:3 uduzan "Borussia"nın uğursuzluq seriyası davam edir.