Cənubi Koreyada gəmilərin toqquşması nəticəsində 13 nəfər ölüb


Digərləri 03 Dek 2017 10:05:58 234 0

Cənubi Koreyada gəmilərin toqquşması nəticəsində 13 nəfər ölüb

Sarı dənizdə Cənubi Koreya bayrağı altında hərəkət edən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində 13 nəfər ölüb.

Bakı. Sarı dənizdə Cənubi Koreya bayrağı altında hərəkət edən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində 13 nəfər ölüb. Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla 06:12-də baş verib. Balıqçı gəmisində hadisə zamanı 20 sərnişin və iki ekipaj üzvü olub. Qeyd olunur ki, iki nəfər itkin düşüb. Hadisə yerinə 4 helikopter və 14 gəmi cəlb olunub, xilasetmə əməliyyatları aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin