Netanyahu: "İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək"


Dünya 03 Dek 2017 03:44:27 312 0

Netanyahu: "İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək"

"Biz yəhudi dövlətinin məhvinə can atan rejimin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik"

İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu yazıb.

"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik", - deyə baş nazir yazıb.