ABŞ YPGyə silah verməyəcək


Dünya 02 Dek 2017 23:54:00 330 0

ABŞ YPGyə silah verməyəcək

ABŞ-ın müdafiə naziri Ceyms Mettis ölkəsinin Suriyada YPG kürd terrorçu qruplaşmasına silah tədarükünü dayandıracağını bəyan edib.

Son.az APA-ya istinadən xəbər verir ki, C.Mettis buna artıq ehtiyac qalmadığını qeyd edib. "Biz prezident Domald Trampın bəyanatları çərçivəsində hərəkət edəcəyik. Kürd dəstələri artıq silahlandırılıb. Və nəzərə alsaq ki,  koalisiya hücum əməliyyatlarını dayandırmaq üzrədir, silahlandırmaya artıq ehtiyac yoxdur", - deyə nazir qeyd edib.     Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, D.Tramp R.T.Ərdoğanla telefon danışığı zamanı YPG-yə silah tədarükünün dayandırılmasına dair göstəriş verdiyini bildirib.