Yuxu və onun şərtləri


Digərləri 02 Dek 2017 23:15:00 279 0

Yuxu və onun şərtləri

Yuxu beyin fəaliyyəti normasının minimal səviyyəyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyur. Yuxu istirahət növü kimi cismi və zehni fəaliyyəti gücləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yuxu və onun xüsusiyyətləri barədə danışan Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamova deyib: "Yuxuya getməzdən əvvəl mürgüləmə vəziyyəti olur. Mürgü zamanı ətrafdakı bəzi səslər eşidilir, hətta yuxu şəkilləri də "görünür". Qəfildən sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa çalışırıq. Gözümüzü açanda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımıza uzanmışıq.

Əslində nə baş verir? Alimlər müəyyən ediblər ki, mürgüləyərkən bədənin temperaturu dəyişir. Tənəffüs yavaşıyır, əzələlər gərginlikdən çıxır. Beyin həmin vəziyyəti yıxılmaq kimi qəbul edir və bərk bir yerə dirənmək, söykənmək üçün ayaqlara siqnal göndərir. Ona görə də ayaqların qeyri-iradi dartınması və qıcolması ilə yuxudan ayılırıq.

Həkimlər həmin vəziyyəti "hipnozlu dartınma" və ya "yuxu qıcolması" adlandırırlar. Gecə qıcolmalarını təxminən 70 faiz hallarda rast gəlmək mümkündür.

Normal yuxu üçün düzgün yatmaq qaydası və yuxu rejimi seçmək lazımdır. Təbii ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq o qədər də asan olmur. Bir müddət yuxuyagetmə çətinləşir, yuxu qaçır. Lakin bunun əvəzində şirin yuxu, sağlam bədən və sağlam ruh qazanmaq mümkündür. Arada yanı üstə çevrilmək olar, lakin bunu edəndə qəddi bükməmək, büzüşməmək, ən başlıcası isə özünü yenidən arxası üstə uzanmağa məcbur etmək lazımdır. Gec-tez həmin vəziyyətə alışmaq lazım gələcək.