Sakit okeanda amerikalı qadın turisti köpək balığı parçalayıb


Dünya 02 Dek 2017 22:59:39 270 0

Sakit okeanda amerikalı qadın turisti köpək balığı parçalayıb

Dəniz yırtıcısı bir qrup turistə hücum edib

Sakit okeanın kimsəsiz Kokos adası sahillərində pələng köpəkbalığının hücumu nəticəsində amerikalı qadın turist həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Sky News" telekanalının saytında yerləşdirilib.

Dəniz yırtıcısı ada yaxınlığında təlimatçı ilə dayvinqlə məşğul olan bir qrup turistə hücum edib. Zərərçəkmiş sudan çıxarılıb. Köpək balığı onun bir ayağını dişləyib. Qadına ilkin tibbi yardım göstərilib. Lakin o, aldığı yaralardan keçinib.

Köpək balığının hücumu nəticəsində təlimatçı da travma alıb. Həkimlər onun vəziyyətini stabil-ağır qiymətləndirirlər.