Əfqanıstanda 30 İŞİD və "Taliban" yaraqlısı öldürülüb


Dünya 02 Dek 2017 22:48:38 273 0

Əfqanıstanda 30 İŞİD və "Taliban" yaraqlısı öldürülüb

Terrorçularla döyüşdə iki polis ölüb, 11-i yaralanıb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Açin və Xocyani dairələrində terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 12 İŞİD yaraqlısı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli məmurlara istinadən "TOLOnews" telekanalı məlumat yayıb.

"Sinxua"nın şənbə günü yaydığı məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Qəzni əyalətində "Taliban" radikal hərəkatının yaraqlıları ilə toqquşma zamanı qarşı tərəfin 18 üzvünü məhv ediblər. Atışma zamanı 2 polis əməkdaşı ölüb, 11-i yaralanıb.