Papa rohinca müsəlmanlarına: Sizi incidən hər kəs adından


Digərləri 02 Dek 2017 22:25:00 303 0

Papa rohinca müsəlmanlarına: Sizi incidən hər kəs adından

Roma Papası Asiyaya səfəri zamanı ilk dəfə olaraq müsəlman qaçqınlara birbaşa, rohinca deyərək müraciət edib.

Papa Banqladeş paytaxtı Dəkkədəki dinlərarası görüşündə 16 müsəlman qaçqına bunları deyib: "Bu gün Allahın mövcudluğu da rohinca adlanır".

Son.az BBC-yə istinadən bildirir ki, o, rohincaları etnik qrup hesab etməyən Myanmaya əvvəlki səfərində rohinca" sözüdən istifadə etməmişdi.

"Sizi təqib edən, incidən hər kəs adından sizdən üzr istəyirəm", - Papa Fransis qaçqınlara deyib.

"Üzrümüzü qəbul etməyiniz üçün sizin geniş qəlblərinizə müraciət edirəm", Papa deyib.

Ropa Papası Myanmada bu sözü istifadə etmədiyinə görə insan haqları qruplarının tənqidinə məruz qalmışdı.