"Hamı ali təhsil almağa çalışır, amma mən istəmirəm"


Digərləri 02 Dek 2017 22:11:00 313 0

"Hamı ali təhsil almağa çalışır, amma mən istəmirəm"

Gənc qız kişi peşəsi seçsə də, əmindir ki, öz işini heç də əks cinsin nümayəndələrindən pis bacarmır

Sputnik Azərbaycan ənənəvi olaraq kişi peşəsi hesab edilən peşələrlə məşğul olan qadınlardan bəhs edən "Qadın işi deyil" rubrukasını davam etdirir.

Azərbaycan qadınları öz məharətləri ilə hər kəsi heyrətləndirməyə qadirdirlər. Və elə bir peşə yoxdur ki, qadınlarımız onun öhdəsindən gələ bilməsin.

Misal üçün qaynaqçılıq. Ola bilsin, ilk baxışdan bu, sizə təəccüblü görünəcək. Kişi obrazına daha çox uyğun gələn bu peşəni qadın zərifliyinə heç cür yaraşdıra bilməyəcəksiz. Amma yanıldığınızı anlamaq üçün bizim qəhrəmanla yaxından tanış olmanız lazımdır.

Bu, Kifayət Hüseynovadır. Baxmayaraq ki, bir çoxları onun seçimini anlayışla qarşılamır, amma o özü öz işindən razıdır. Kifayət bu qaynaqçı olmaq qərarına birdən-birə gəlməyib. Uşaqlıqdan o, qaynaqçı işləyən dayısını müşahidə edirmiş. Tədricən özündə bu işə bir bağlılıq hiss etməyə başlayıb. Odur ki, IX sinfi bitirəndən sonra o, AR Təhsil Nazirliyi və ASAN xidmətin birgə həyata keçirdiyi ASAN peşə layihəsi barədə eşidən kimi, dərhal sənədlərini toplayıb ora verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, evdə qızlarının bu seçiminə birmənalı yanaşmayıblar. Amma onu anlayışla qarşılayıblar və icazə veriblər.

Bu həyatda hər şey işıqlı və qaranlıq, başqa sözlə, müsbət və mənfidən ibarətdir. Peşə seçimi edərkən yaxşı düşünmək, bütün nüansları götür-qoy etmək lazımdır ki, sonra peşman olmayasan.

Odur ki, Kifayət dayısının yolu ilə getmək və öz işinin gözəl ustası olmaq qərarına gəlib. Bu yaxşıdır, amma o, qadın deyil, məhz kişi işi olan bu peşənin öhdəsindən hər zaman necə lazımdırsa, eləcə də gələ bilirmi? Bu işdə heç də hər şey həmişə rəvan və yaxşı getmir, üstəlik qazanc da azdır.

Amma qəti əminik ki, Kifayətin döyüşkən ruhu ona hər şeyi təbəssümlə və müəyyən qədər müsbət qəbul etməyə yardım göstərir. O, hesab edir ki, həmişə özünə iş tapa bilir. Ona görə yox ki, qızdır deyə ona güzəştə gedirlər, ona görə ki, Kifayət öz içinin ustasıdır, güclü cinsdən olan həmkarlarından heç nə ilə geri qalmır. Kifayət hesab edir ki, gələcəkdə bir kişi sənəti hesab olunan qaynaq işinə qadınların marağı heç də kişilərin marağından az olmayacaq.