Xızıda 131 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 02 Dek 2017 21:59:12 302 0

Xızıda 131 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 167 000 kv.m (16.70 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 2-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 131 ədəd partlamamış hərbi sursat (PHS), 548 ədəd partlamış-yanmış mərmi qalıqları və 436 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 167 000 kv.m (16.70 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 86 gün ərzində 20 845 ədəd PHS, 10 893 ədəd partlamış-yanmış sursat qalıqları və 73 684 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 207 512 kv.m (7 221 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.