Torontoda naməlum şəxslər bıçaqla 5 nəfərə xəsarət yetiriblər


Dünya 02 Dek 2017 21:57:56 281 0

Torontoda naməlum şəxslər bıçaqla 5 nəfərə xəsarət yetiriblər

Yaralılardan ikisinin vəziyyəti ağırdır

Kanadanın Toronto şəhərində naməlum şəxslərin bıçaqla insanlara hücum etməsi nəticəsində 5 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CTV telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, yaralılardan ikisi ağır vəziyyətdədir, onların yaşı və cinsi açıqlanmır.

Hüquq-mühafizə orqanları hücum edənləri axtarır.