Fiziki məhdudiyyətli usta tək əllə


Digərləri 02 Dek 2017 20:32:00 346 0

Fiziki məhdudiyyətli usta tək əllə

Zaqatala sakini 58 yaşlı İsmayıl Meqjiyevin tək əli olsa da, düzəltdiyi sənət nümunələrinin tayı-bərabəri yoxdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zaqatalanın Danaçı kəndində yaşayan sənətkar heç bir ustadan öyrənmədiyi bu sənətə uşaq yaşlarından maraq salıb və hazırda tək əllə dambur düzəldir. İsmayıl usta ağır xəstəlikdən sonra sağ əlini hərəkət etdirə bilməsə belə, onun düzəltdiyi tambur musiqi alətini nəinki Zaqatala və Balakən rayonlarında, hətta Dağıstan da belə adla axtarırlar. Bir müddət sənətdən uzaqlaşan usta sonra yenidən işinə qayıdıb. Usta bir tamburu düzəltməyə 15-30 gün vaxt sərf edir. Satışın əsasən mövsümi xarakter daşıdığını deyən usta bir il ərzində təqribən 4-5 tambur sifarişi alır. İsmayıl usta indi öz sənəti ilə nəfəs alır. Min bir əziyyətlə düzəltdiyi musiqi alətləri sanki elə ustanın özünə də yaşamaq gücü bəxş edir. Tək arzusu, onun sənətini davam etdirəcək birilərinin olmasıdır. Müəllimsiz sənəti öyrənən İsmayıl usta gənclərə bu sənətin sirlərini öyrətməyə hazırdır. Təki istək olsun.


Xəbərə aid video