Bir günə məşhurluq gətirib sonra unudulan "Ayə, harya gedirsən"lər


Şou-biznes 02 Dek 2017 19:40:00 309 0

Bir günə məşhurluq gətirib sonra unudulan "Ayə, harya gedirsən"lər

Vüsal Rzasoy adlı gənc "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, harya gedirsən, ayə?" ifası ilə gündəmi zəbt edib. "Yeniavaz.com" xəbər verir ki, gənc musiqiçi proqramda "Ayə, harya gedirsən, ayə?" mahnısını gitara ilə oxuyub, lakin müəyyən səbəblərdən efirə getməyib, sonradan videosu sosial şəbəkələrdə yayılıb. Son.az yeniavaz.az-a istinadən bildirir ki, ifaçı müzakirələrə belə münasibət bildirib: "Şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yalnış düşünürlər". Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır. Qeyd edək ki, mahnı diqqəti çəkməklə yanaşı, tənqid də olunur. Son illər ərzində qısa müddətə məşhurlaşıb sonradan unudulan mahnı və meyxanalar az olmayıb. Onlardan bəzilərini təqdim edirik. Elza Seyidcahan ifa etdiyi mahnının sözləri qısa müddətdə sosial şəbəkədə məşhurlaşmış, həm də əksəriyyət tərəfindən tənqid olunmuşdu. Onun ifa etdiyi həmin mahnının nəqarəti belə idi: "Ha ha, ha, ha". Elza Seyidcahan mahnını tənqid edənləri sözlərini, əsl mahiyyətini başa düşməmələri ilə izah etmişdi. Müğənni bu mahnısını efirlərdə də ifa etmişdi. Müğənni Zarina Tağıyeva da ifa etdiyi mahnının sözləri ilə tənqid olunanlardandır. Onun mahnısı geniş kütlə arasında məşhurlaşmasa da, tənqid edənlər az olmamışdı. Mahnının sözləri Firdovsi Rəsula, musiqisi Tural Hüseynova aid idi. Tənqid olunan mahnının adı isə belə idi: "Biz yerazıq, yerlibazıq". Mahnı sosial şəbəkələrdə xeyli müzakirə və tənqid olunub. Mətbuatda yazılan məlumatlara görə, müğənni Emil Bədəlov sənətə "Saqqız" mahnısı ilə gəlib. Hətta deyilənə görə, bu mahnı ona məşhurluq gətirdiyindən həmkarları onu "Saqqız Emin" çağırırlarmış və o da bundan narahat deyilmiş. Müğənni Nadir Qafarzadə bir neçə il öncə "Maral, maral" mahnısı ilə bir günün içində gündəmə gəlmişdi. Mahnı məşhurluq gətirsədə Nadir Qafarzadə xeyli tənqid olunmuşdu. Hətta mahnıya sosial şəbəkələrdə maralla Nadirin birgə "klip"i də düzəldilmiş, "şeirlər" qoşulmuşdu. Xalq artisti Aygün Kazımova da məzəli mahnısı ilə gündəmə gələnlərdən biridir. İfaçının "Bakılı oğlanlar" (Parni iz Baku) teatrı ilə bərabər hazırladığı komik videoçarx "Sevsən bu camışı..." adlanırdı. Xalq artistinin ifa etdiyi mahnının sözləri də birmənalı qarşılanmamışdı: Camışı bu səhər sağmaq istədim, Camışın təpiyi üzümə dəydi... Öpsən bu camışı sağa bilərsən, Pendiri, qatığını yeyə bilərsən. Sevsən bu camışı sağa bilərsən. "Mahnı"nın videoçarxında çəkilən camış yox, inək idi. Müğənni Elçin Cəfərov illər öncə "Şipşirin" mahnısı ilə bir neçə gün içində tanınmışdı. Mahnı müğənniyə populyarlıq gətirib, radiolara, efirlərə dəvət olunub. Bu mahnıdan sonra müğənni Elçinə dostları "Şipşirin Elçin" deyə müraciət