Trampın tarixi vergi layihəsi Senatda qəbul olundu


Dünya 02 Dek 2017 19:32:00 284 0

Trampın tarixi vergi layihəsi Senatda qəbul olundu

ABŞ Senatı ölkənin vergi sistemində son 30 ildə ən böyük dəyişiklikləri özündə ehtiva edən 1,5 tirlyon dollarlıq vergi layihəsini qəbul edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Senat üzvləri layihəni Vaşinqton saatı ilə 02:00 radələrində keçirilən səsvermə zamanı qəbul edib.

Senatorlardan 49 nəfər layihənin əleyhinə çıxsa da, 51 nəfər onu dəstəkləyib.

Demokratların əleyhinə çıxdığı yeni vergi islahatlarına Respublikaçılar Partiyasından yalnız bir senator - Bob Corker dəstək verməyib.

Bob Corker deyib ki, yeni qanun layihəsi ABŞ büdcəsində ən azı 1 trilyon dollar kəsir yarada bilər.

Yeni vergi qanununa əsasən, ABŞ şirkətlərinin ödədiyi vergi rüsumları 30 faizdən 20 faizə endiriləcək.