İki məşhur pianoçu eyni səhnəni bölüşəcək


Digərləri 02 Dek 2017 19:23:00 311 0

İki məşhur pianoçu eyni səhnəni bölüşəcək

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.

Son.az xəbər verir ki, konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.