Ciddi maliyyəçilər Bitcoin valyutasını "fırıldaq" adlandırırlar


Digərləri 02 Dek 2017 19:25:00 268 0

Ciddi maliyyəçilər Bitcoin valyutasını "fırıldaq" adlandırırlar

"The Guardian" yazır ki, "Bitcoin" kimi tanınan rəqəmsal və ya internet valyutası getdikcə daha çox ciddi maliyyə təsisatının və maliyyəçinin gözündən düşür.

Məqalədə deyilir ki, bu kriptovalyuta 24 saatdan da az müddətdə dəyərini 20 faiz itirdikdən sonra Goldman Sachs bankının rəhbəri internet pulunun fırlıldaqçılıq üçün alət olduğunu bəyan edib.

Lloyd Blankfein deyib: "Dəyərini 20 faiz dəyişən bir şey valyuta ola bilməz. Bu fırıldaq üçün alətdir".

Onun bu bəyanatından əvvəl rəqəmsal valyuta 24 saat ərzində dəyərini birdən-birə 2 min dollar itirmişdi.

Ötən çərşənbə dəyəri 11395 dollar olan valyuta artıq cümə axşamı 9 min dollar olmuşdu.

Blankfein deyib ki, Goldman bankına bitcoin strategiyası lazım deyil. O bildirib ki, internet valyutası daha sabit olmalıydı.

"Mənim bitcoin strategiyam varmı? Yoxdur. Bu mənlik deyil. Doğrudur son 20 ildə mənim çox "mənlik deyil" dediyim şeylər nəyəsə yarayıb. Amma bu, bitcoin valyutasına aid deyil" - deyib bankir.

Blankfein-dən əvvəl bitcoin barədə şübhələrini JP Morgan firmasının baş icraçı direktoru Jamie Dimon dilə gətirmişdi. O da bu valyuta barədə fırıldaq sözünü işlətmişdi.