Putin ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının müdafiəsi haqqında sərəncam imzalayıb


Dünya 02 Dek 2017 16:59:13 301 0

Putin ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının müdafiəsi haqqında sərəncam imzalayıb

Bunun üçün qurumlararası işçi qrup yaradılacaq

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə ölkə xaricində yaşayan Rusiya vətəndaşlarının hüquqi müdafiəsini təmin etmək üçün qurumlararası işçi qrupu yaratmağı tapşırıb.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. 

Kremlin saytında yerləşdirilən sənədin mətnində işçi qrupuna həm də qeyri-kommersiya təşkilatlarının üzvlərinin daxil edilməsi göstərilib. Bununla bağlı görüləcək işlər 2018-ci il martın 30-a qədər yekunlaşmalıdı. Sərəncamın icrasına nəzarət xarici işlər naziri Sergey Lavrova tapşırılıb.