Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz və Cocuq Mərcanlıda aksiya keçirəcək


Digərləri 02 Dek 2017 16:58:08 240 0

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz və Cocuq Mərcanlıda aksiya keçirəcək

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 7-8 dekabrda Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.

Bakı. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 7-8 dekabrda Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, məqsəd həm pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir. Qeyd edək ki, 2005-ci ildən 2017-ci il ərzində Səyyar klinika respublikanın 90 rayon və şəhərlərinə 125 dəfə aksiya keçirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin