Bakı metrosunda əcnəbinin "İphone-6S”-ni oğurlayan cibgir tutulub


Digərləri 02 Dek 2017 16:43:00 280 0

Bakı metrosunda əcnəbinin "İphone-6S”-ni oğurlayan cibgir tutulub

Metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.

Bakı. Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb. Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib. Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb. Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin