“O evdə yaşamışam” Oğru peşimançılığını gizlətmədi VİDEO


Kriminal 02 Dek 2017 16:40:00 252 0

“O evdə yaşamışam”  Oğru peşimançılığını gizlətmədi  VİDEO

Nardaranda oğurluq edən şəxs saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Nardaran qəsəbə sakini Sabunçu RPİ 42-ci PB-nə müraciət edərək bildirib ki, ona məxsus evin zirzəmisindən ümumi uzunluğu 4000 metr olan elektrik naqili oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən zərərçəkənin evində bir müddət əvvəl bağban işləmiş Yardımlı rayon sakini 23 yaşlı Həbib Hacılı saxlanılıb. Saxlanılan şəxs dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Həbib Hacılı - Saxlanılan şəxs: "İki ildən çox olar ki, o evdə bağban kimi yaşamışam. 3-4 gün qabaq ora girib, götürümüşəm. Əridib Vüqar adlı şəxsə satmışam". Əməlindən peşiman olduğunu deyən Həbib Hacılının oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. Faktla bağlı Sabunçu Rayon Polis idarəsində cinayət işi başlanıb.