Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib


Digərləri 02 Dek 2017 15:06:35 190 0

Türk dünyasının uyğur əsilli tanınmış alimi vəfat edib

Mirsultan Osman bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib

Uyğur dilçi alimi, professor Mirsultan Osman 88 yaşında Çinin Sintszyan-Uyğur Muxtar Əyalətində vəfat edib.

“Report” xəbər verir ki, o, türk dilinin çığatay ləhcəsində olan qədim əlyazmaların oxunması üzrə ən məşhur mütəxəssislərdən olub.

M.Osman bütün ömrünü türk dilli xalqların tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasına həsr edib. Ötən müddət ərzində böyük bir nəslin bu istiqamətdə yetişməsində başlıca rol oynayıb. O, Mahmud Qaşqari, Yusuf Xas Xacib, Əhməd Yuqnaki, Xirqəti, Zaleli, Novbati, Arşi və türk dünyasının başqa fikir adamlarının təbliği, irsinin araşdrıması ilə məşğul olub.

M.Osman təkcə uyğur xalqının deyil, dünya türklərinin elm və təhsilinin inkişafına töhvə verib.