ABŞ MKİ-nin direktoru İran qvardiyasının generalına məktub göndərib


Dünya 02 Dek 2017 14:16:47 272 0

ABŞ MKİ-nin direktoru İran qvardiyasının generalına məktub göndərib

“Bizim komandan məktubu almaqdan imtina edib və bildirib ki, bizim danışmaq üçün ortaq heç nəyimiz yoxdur”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qolunun başçısı general Qasım Sülymaniyə məktub göndərib.

“Report” “İran.ru“ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xaməneinin adminstrasiyasının sözçüsü Məhəmməd Məhəmmədi-Gülpayaqani bilidirib.

Onun sözlərinə görə, Suriyanın Əbu Kamale bölgəsində hərbi əməliyyatlar davam edən zaman iranlı general Q.Süleymani Mərkəzi Kəşfiyyat İdarəsinin direktorundan məktub alıb. Məktubu bölgədəki vasitəçilərdən biri təqdim edib.

“Bizim komandan məktubu almaqdan imtina edib və bildirib ki, bizim danışmaq üçün ortaq heç nəyimiz yoxdur”, - deyə Gülpayaqani vurğulayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi hələlik məlumata münasibət bildirməyib.