Neft tankeri balıqçı qayığıyla toqquşdu


Dünya 02 Dek 2017 14:25:00 264 0

Neft tankeri balıqçı qayığıyla toqquşdu

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus bir tanker balıqçı qayığı ilə toqquşub.

Son.az oilgas.az-a istinadən xəbər verir ki, El-Hafeci sahilində baş verən qəza nəticəsində içərisində hindistanlıların olduğu balıqçı qayığı tərs çevrilib. Qayıqdakı heyətdən 4 nəfəri xilas etmək mümkün olub. Lakin bir nəfər hələ də itkin hesab olunur.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.