Alışveriş saytlarında gənclərə narkotik satan şəbəkə aşkarlandı FOTO


Digərləri 02 Dek 2017 14:12:00 324 0

Alışveriş saytlarında gənclərə narkotik satan şəbəkə aşkarlandı  FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri - Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan "Spays", 2 büküm psixotrop maddə "Metamfetamin" və 4 ədəd 300 mq-lik güclü təsiredici "Lyrica" kapsulaları aşkar olunaraq götürülüb.

M.Əlizadənin yaşadığı Masazır qəsəbəsindəki evə baxış zamanı oradan əlavə olaraq 256 konvalyutda hər birində 14 kapsula olmaqla ümumilikdə 3584 ədəd "Lyrica" kapsulları, 14 bükümdə olan yüksək təsiredici narkotik vasitə olan kokain, 160 ədəd göy və qırmızı rəngli psixotrop maddə olan "MDMA" (ekstazi həbləri), 2 büküm "Spays" aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri - Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanı S.Zeynalovdan 1 ədəd "Lyrica" kapsulası, 1 büküm "Spays" və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar