Rusiya XİN Xəzərin statusu ilə bağlı son vəziyyəti şərh etdi


Siyasət 02 Dek 2017 14:19:00 255 0

Rusiya XİN Xəzərin statusu ilə bağlı son vəziyyəti şərh etdi

Moskva Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmış kenvensiyalar mətninin tezliklə qəbulunu prioritet sayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, bəyanat Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində yayılıb.

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iclas dekabrın 4-5-də Moskvada keçiriləcək.

Məlumatda daha sonra qeyd edilir ki, Rusya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət nazirlərinin görüşü 7-ci dəfədir keçirlir. Bildirlir ki, görüşdə əsas diqqət Xəzərin hüquqi statusu haqqında konvensiyaya yönələcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində