“Biz bir ailəyik” FOTO


Kriminal 02 Dek 2017 13:47:00 303 0

“Biz bir ailəyik”  FOTO

Dekabrın 1-də Heydər Əliyev Sarayında "Biz bir ailəyik" adlı konsert keçirilib.

3 dekabr "Beynəlxalq Əlillər Günü" münasibəti ilə keçirilən konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

Konsertdə Daun sindromlu uşaqların "Günəş uşaqları" adlı rəqs qrupu, "İstedadlı əlillər" cəmiyyətinin əlilləri, 1saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış ediblər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət "Könül dünyamız" ansamblı müşaiyət edib.