Yeni doğulmuş çağanı torbaya büküb atdılar VİDEO FOTO


Digərləri 02 Dek 2017 13:34:00 302 0

Yeni doğulmuş çağanı torbaya büküb atdılar  VİDEO  FOTO

Polietilen torbada olan çağa boğulmaq ərəfəsində idi. O, xilas edilməsə, öləcəkdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Filippinin Kalokan şəhərindəki küçələrdən birində yeni doğulmuş uşaq tapılıb. Gecə saat 1 radələrində küçədən keçən bir qrup şəxs yol kənarında saxlanmış motosikldən uşaq səsi eşidiblər.

Onlar yaxınlaşanda torbadakı çağanı görüblər.

Hadisə yerinə çağırılmış təcili yardım uşağı xəstəxanaya aparıb.

Uşağın durumu indi normaldır.

Polis uşağı torbaya büküb atanı və ya atanları arayır.


Xəbərə aid fotolar