Madonna sosial şəbəkələrdə "tufan"a səbəb oldu FOTO


Digərləri 02 Dek 2017 13:20:00 250 0

Madonna sosial şəbəkələrdə "tufan"a səbəb oldu  FOTO

Dünyanın ən məşhur və zəngin müğənnilərindən olan Madonna London-Lissabon aviareysində təyyarəyə ekonom-klassda bilet alıbmış.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1,2 milyard dollarlıq varidatı olan 59 yaşlı müğənninin "Air Portugal" aviaşirkətinin təyyrəsindəki fotolarını sərnişinlərdən biri çəkib və İnstagram-dakı profilində paylaşıb.

Müğənni indi Nyu-York, London və Lissabonda yaşayır. Nyu-Yorkda müğənninin evi var, Londonda onun böyük oğlu Rokko yaşayır, digər oğlu Devid isə Lissabondakı "Benfika" klubunun futbol akademiyasındadır.

Britaniya mediası Madonnanın bu fotolarının yayılmasını "sosial şəbəkələrdə tufan" sayır.


Xəbərə aid fotolar